Dünya 21:20 27.12.2022

Hindistan dərmanı Özbəkistanda 18, İndoneziyada 200-dən çox uşağın ölümünə səbəb oldu

Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın Marion Biotech şirkətinin dərmanının 18 uşağın ölümünə səbəb olduğunu bildirib. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, ekspertizanın təsdiqləyici nəticələri hüquq-mühafizə orqanlarına göndərilib.

Bildirilir ki, bir həftə əvvəl Hindistanın "Marion Biotech" şirkətinin istehsalı olan SARS-dan "Doc-1 Max" şərbəti və həblərinin müayinəsinə başlanılıb və bundan sonra 18 uşağın öldüyü iddia edilir.

Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda respublikanın bütün apteklərində bu preparatın həb və şərbətləri satışdan çıxarılıb.

Nazirlik açıqlamasında onu da bildirib ki, laboratoriya müayinələri nəticəsində preparatın tərkibində zəhərli maddə olan etilenqlikol aşkar edilib. "Tədqiqat göstərdi ki, ölən uşaqlara bu dərmanı evdə iki - yeddi gün, gündə üç-dörd dəfə, hər biri 2,5-5 millilitr olmaqla verilib ki, bu da uşaqlar üçün dərmanın standart dozasını üstələyir", - mətbuat xidməti əlavə edib.

Qambiya və İndoneziyada 5 yaşdan kiçik 200-dən çox uşağın etilen qlikolun da olduğu aşkarlanan bu dərmanı qəbul etdikdən sonra öldüyü bildirilir.

Alpər