Xəbər lenti

Dünya 15:50 17.03.2024

Hindistan ötən ay qızıl idxalını rekord səviyyəyə çatdırıb

Hindistan 2024-cü ilin fevral ayında 6,15 milyard dollar dəyərində qızıl idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. 

Qaynarinfo xəbər verir ki, "İnterfaks" bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən yazıb.

2024-cü ilin ilk iki ayında ölkəyə 8,06 milyard dollar dəyərində qiymətli metal idxal edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bununla belə, Hindistanın Qızıl və Zərgərlik Biznesi Assosiasiyasının prezidenti Prithviraj Kothari "Reuters"ə şərhində qızılın rekord yüksək qiymətləri səbəbindən mart ayında idxalın kəskin azalacağını proqnozlaşdırıb.

"İstehlakçılar hazırkı qiymət səviyyəsini həzm edə bilmirlər", deyə Kothari bildirib.

Onun sözlərinə görə, qızılın qiyməti indiki pik səviyyələrdə qalarsa, bu, qiymətli metal istehlakının ənənəvi olaraq artdığı cari toy mövsümündə tələbata mənfi təsir göstərəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->