Dünya 11:50 04.05.2023

Holland partiya lideri Zelenskinin səfərinə qarşı çıxdı: “Vaxtsız gəlib”

Niderlandın BoerBurgerBeweging (BBB) partiyasının lideri Karolin van der Plas uğursuz səfər tarixinə görə prezident Vladimir Zelenskinin parlamentdəki çıxışına qatılmayacaq.
 
Qaynarinfo "Avropa həqiqəti"nə istinadla xəbər verir ki, o, bu barədə Twitter-də yazıb.

Van der Plas Xatirə Gününü yada salıb. Mayın 4-də Niderlandda İkinci Dünya Müharibəsi zamanı və digər hərbi əməliyyatlar zamanı ölkədə və dünyanın başqa yerlərində həlak olan mülki vətəndaşların və əsgərlərin xatirəsi anılır.

"Mayın 4-ü... İlin bir günü, biz müharibədə ölənlərimizi xatırlayırıq. Bir gün. Mayın 4-də diqqət mərkəzində bu olmalıdır! Zelenski yox. Bu səfərin İNDİ baş tutmasını, çox yersiz hesab edirəm. Ona görə də mən bu həftənin əvvəlində Palatanın prezidentinə Zelenski ilə görüşdə iştirak etməyəcəyimi bildirdim”, - deyə siyasətçi bildirib.

Xəbər verdiyimiz kimi, prezident Vladimir Zelenski Finlandiyaya xarici səfərindən sonra Niderlanda gedib.

"RTL Nieuws"un məlumatına görə, Zelenski cümə axşamı Haaqada "Ədalət olmadan sülh yoxdur" adlı çıxış edəcək. Çıxışın yeri çox güman ki, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin və Rusiyanın Uşaqlar üzrə Komissarının həbsinə order vermiş şəhərdə yerləşməsi ilə bağlıdır.

Alpər