Xəbər lenti

İcra başçıları yolları əl arabaları üçün qırlayır (FOTO)
Ölkə 16:56 14.01.2026

İcra başçıları yolları əl arabaları üçün qırlayır (FOTO)

Dövlət satınalmalarının vahid elektron portalında satınalma müsabiqələri barədə yerləşdirilən məlumatlardan görünür ki, yerli icra hakimiyyətləri keçirdiyi tenderlər əsasən yol təmiri ilə bağlı olur. 

Adətən bu tenderlərdə satınalma predmetlərinin maliyyə dəyəri iri məbləğlərlə ölçülür.

Lakin reallıq ayrılan vəsaitlərlə uyğunsuzluq təşkil edir. Yəni, bölgələrdən gələn məlumatların təhlili yol təmirlərində məbləğlərin şişirdiliyinə şübhələri artırır.  Yaxud, təmir işləri keyfiyyətli aparılmır. Bu da ayrılan vəsaitlərin taleyi barədə müəyyən suallar yaradır. 

Məsələn, götürək Beyləqan Rayon İcra Hakimiyyətini. İcra başıçı Əziz Əzizovun Beyləqan şəhər Nümayəndəliyi ötən ilin dekbarında iki satınalma müsabiqəsinə yekun vurub. Müsabiqələrin birində Beyləqan şəhər küçələrinin abadlaşdırılması, digərində isə yolların təmiri nəzərdə tutulur. Hər iki tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 617 163,82 manatdır. Beləliklə, aydın olur ki, Beyləqanda küçələrin (əslində bu da yol təmiridir) və yolların təmirinə 617 163 min manat xərclənib. 

Layihəni icra edən şirkətlər isə "Baku Building” MMC və "Proqress İnşaat EN” MMC-dir. 

Hər iki şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Bəzən mediada bu şirkətlər "tender kralı” kimi təqdim olunur və onların satınalma müsabiqələrində şəffaf şəkildə qalib seçilmələri şübhə altına alınır. 

Beyləqandan daxil olan məlumatlarda hazırda rayonda yolların təmir olunduğu bildirilir. Lakin təmir işlərinin keyfiyyətli şəkildə görüldüyündən əminliklə danışmaq çətindir. 

Bu, təmir işlərini əks etdirən fotolardan da görünür. Təsəvvür edin, hətta ağacların dibləri belə asflatlanıb. Görəsən, icra hakimiyyəti bundan sonra həmin ağacların necə suvarılacağını düşünübmü? 

Oxşar hal Qobustanda da müşahidə edilir. Fotolar rayonda yolların təmirinin kosmetik xarakter daşıdığını deməyə əsas verir. Görüntülərdə yolların sadəcə hamarlanmış torpağn üzərinə asfalt çəkildiyi əks olunur. Bu isə çəkilən yolun keyfiyyəti barədə suallar yaradır. 

Yeni çəkilən yoldan adicə arabanın belə, rahatlıqla keçməsi mümkün görünmür. 

Hər iki rayonda aparılan yol təmiri ilə bağlı fotoları təqdim edirik:
 
Seyid
 
Qobustan rayonu

 
 
Qobustan rayonu

 
Beyləqan

 
Beyləqan
 
 
Beyləqan rayonu


--> -->