Xəbər lenti

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil etdi (FOTO)
Foto 18:01 16.12.2025

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil etdi (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Sabirabad və Cəlilabad rayonlarında təşkil edilib.

Qaynarinfo xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə Sabirabad rayonunun Məmişlər kəndi ərazisində 1250 ədəd sərv, Şərq çinarı və meliya  ağacı əkilib. Həmçinin Cəlilabad rayonunun Kazımabad kəndində keçirilən aksiya zamanı 600-dən çox sərv ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu”nun ("Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. "Yaşıl marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->