Xəbər lenti

Ekonomiks 19:36 06.04.2023

İki şirkət arasında borc qalmaqalı

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə "Property İnvestments” MMC arasında borc qalmaqalı yaranıb. 

Qaynarinfo xəbər verir ki, hazırda hər iki şirkət problemi məhkəmə müstəvisində çözməyə çalışır. İddiaçı "Property İnvestments” MMC-dir. 

Birinci intansiya MMC-nin iddiasını təmin etməyib. Şirkət apellyasiya şikayət verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Aida Hüseynin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

"Akkord Sənaye Tikinti İnvestisiya Korpoasiyası” ASC 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Ayhan Keskinkılıcdır. 

Uzun illər media şirkətin keçmiş baş prokuror Zakir Qaralova məxsus olduğunu yazıb. Bu iddialar təkzib olunmayıb. 

"Property İnvestmen” MMC-yə gəlincə, şirkət "Akkord”un törəməsi olub. 2021-ci ildə Vətən müharibəsi iştirakçısı Əmirov Aydın Hikmət oğlunun mediada sözügedən şirkət barədə şikayəti dərc edilib. O, vaxtilə "Akkord”da, sonradan onun törəmə müəssisəsində, o cümlədən "Property İnvestmen” MMC-də çalışdığını deyib. 

Qarabağ veteranı şikayətində qeyd edib ki, 2020-ci ilin yanvarında işdən çıxsa da, işdən azad olunduğu tarixdən əvvəlki ayların aylıq əmək haqqımı ala bilmir: "Həmin tarixə qədər aylıq əmək haqqım və son haqq-hesabım daxil olmaqla 6375 manat ödənilməmiş maaşım qalıb”.

"Akkord”dan isə bu iddialara cavab olaraq bildirilib ki, şirkət "Property İnvestmen” MMC-dəki payını başqa şəxsə satıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->