Xəbər lenti

İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq
Siyasət 10:09 31.07.2026

İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

"Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->