Xəbər lenti

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirdi
Siyasət 15:20 13.10.2025

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.

"Report"un məlumatına görə, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.

İlham Əliyev adıçəkilən sammitdə bir sıra ölkələrdən olan həmkarları ilə də analoji görüşlər keçirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->