Xəbər lenti

İlon Mask prezident olsa, dollar əvəzinə Bitkoin istifadə olunacaq?
Dünya 21:56 10.07.2025

İlon Mask prezident olsa, dollar əvəzinə Bitkoin istifadə olunacaq?

Amerika Partiyası adını verdiyi yeni bir siyasi quruluş yaratmağa hazırlaşan İlon Mask, əgər hakimiyyətə gəlsə, ABŞ dolları əvəzinə Bitkoinin rəsmi valyuta kimi istifadəsini təklif edəcəyini açıqlayıb. Bəs bu necə reallaşa bilər?

Qaynarinfo xəbər verir k, İlon Mask ABŞ prezidenti Donald Trampla münasibətlərinin yaxşı olmamasından sonra, öz siyasi partiyasını yaradaraq ölkədəki siyasi liderlərə təzyiq göstərməyə qərar verib.

ABŞ-da doğulmadığı üçün prezident ola bilməyən Elon Mask indi Amerika Partiyası adlı partiya ilə seçkilərə qatılmağı planlaşdırır. Maskın əsas məqsədi, bir neçə senator qazanaraq belə siyasi qərarvermə prosesində söz sahibi olmaqdır. Çünki ABŞ-da 1-2 senator belə kritik qanun layihələrinin qəbulunda həlledici rol oynaya bilir.


Mask həmçinin Amerika Partiyasının dollar əvəzinə Bitkoini dəstəkləyəcəyini bəyan edib.

Bu açıqlama partiyanın kriptovalyutalar mərkəzli maliyyə sistemi islahatını müdafiə edəcəyinə işarədir. Belə ki, neftlə dəstəklənən ənənəvi dollar əvəzinə rəqəmsal aktivlərə keçid siqnalı verilir.

Maskın fikirləri konkret və açıqdır: o, dolların dəyərdən düşəcəyi qənaətində olan kriptovalyuta tərəfdarlarının mövqeyini bölüşür. ABŞ-da bu yanaşma ilk dəfə deyil. Mask daha əvvəl də hökumətin artan xərclərinə qarşı xəbərdarlıq etmiş və dolların dəyərsizləşdiyini bildirmişdi. Məsələn, Co Roqanla iştirak etdiyi bir podkastda "ölkə iflasa doğru gedir, dollar dəyərsiz olacaq” demişdi.

Yeni partiya artıq 2026-cı il aralıq seçkilərində namizədlərlə iştirak etməyi planlaşdırır. Mask böhranın həlli üçün xərclərin azaldılması və balanslaşdırılmış büdcə kimi radikal maliyyə islahatları təklif edir. Bu kontekstdə, Bitkoinin "əks-pul siyasəti" kimi istifadə edilməsi təkcə simvolik deyil, maliyyə sistemində real dəyişiklik niyyəti daşıyır.

Elektrikli nəqliyyat vasitələri istehsal edən "Tesla", hazırda "Bitcoin Treasuries"in məlumatına görə 1,25 milyard dollar dəyərində olan 11.509 BTC-yə sahibdir və bu sahədə mühüm korporativ investor olaraq qalır. Lakin problem ondadır ki, Bitkoin əməliyyatları çox yüksək enerji sərfiyyatı tələb edir və bütün dünyanın bu valyutaya keçidi halında lazım olacaq elektrik gücü, Bitkoinin iqtisadi cəhətdən məntiqli valyuta olmasını şübhə altına alır. Elə bu səbəbdən "Tesla" da Bitkoinlə satış həyata keçirməkdən imtina etmişdi. Buna baxmayaraq, daha effektiv və sürətli əməliyyat aparmaq qabiliyyətinə malik digər kripto aktivlər mövcuddur və bunlar gələcək üçün ümidverici hesab olunur.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->