Dünya 19:27 13.05.2022

Şimali Koreyada yüz minlərlə insan müəmmalı qızdırma xəstəliyinə yoluxdu

Şimali Koreyada "müəmmalı qızdırma” epidemiyası baş verib.

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, 350 min insan xəstəliyin əlamətlərindən şikayət edib.
 
Hazırda onlardan 160 mini sağalıb, 190 mini isə müalicə olunur.

Baş verənlərin koronavirusla əlaqəli olub-olmadığı dəqiqləşdirilməyib.

Pxenyan mayın 12-də pandemiyada ilk COVID-19 hadisəsini elan edib. Xəstələrə Omicron ştammı diaqnozu qoyulub. Ölkə hakimiyyəti vəziyyəti "maksimum fövqəladə" adlandırıb və KXDR lideri Kim Çen In sərhəd nəzarətini gücləndirməyi və qapanma tətbiq etməyi tələb edib.

Son məlumatlara görə, KXDR-də bir gündə 18 min koronavirusa yoluxma qeydə alınıb, 6 xəstə ölüb.
 
Alpər