Dünya 12:14 26.05.2022

Şimali Koreyanın yeni raket sınaqları: ABŞ BMT TŞ-ni sərt sanksiyalara çağırdı

Amerika Birləşmiş Ştatları BTM Təhlükəsizlik Şurasına Şimali Koreyaya qarşı daha sərt sanksiyalar tətbiq edən qətnamə irəli sürüb.

Qaynarinfo bu brədə Associated Press agentliyinə istinadən xəbər verir.

ABŞ-ın saknsiya çağırışı Şimali Koreyanin son günlərdə nüvə başlığı daşımaq qabiliyyətində olan qitələrarası ballistik raketlərini sınaqdan keçirməsi ilə bağlıdır.

Qeyd edilir ki bu il Şimali Koreya BMT-nin qətnamələrinə rəğmən, 17 dəfə raket sınaqdan keçirib.

Qərb diplomatları qətnamə layihəsi üzərində bir neçə ay ərzində işləyiblər, lakin Çin və Rusiya onun əleyhinə çıxıblar. Çin və Rusiya nümayəndələri bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının iclasında yeni sanksiyalar deyil, Şimali Koreya ilə yeni danışıqlar istədiklərini vurğulayıblar.

M.Arif