Xəbər lenti

Ekonomiks 12:06 06.07.2023

"İqbal Ağazadənin fikirlərində həqiqətə uyğun olmayan məqamlar var" - Eyyub Hüseynov

"İqbal bəyin fikirlərində həqiqətə uyğun olmayan məqamlar var. Belə faktlar varsa, biz onun həllinə nail olmalıyıq. Əgər, İqbal bəyin konkret faktları mövcuddursa, bizə təqdim etsin, onun üzərindən mübarizə aparmağa hazırıq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siyasi xadim İqbal Ağazadənin Azərbaycanda satılan günəbaxan, qarğıdalı yağlarının xərçəng xəstəliyi yaratması ilə bağlı fikirini şərh edərkən deyib. O, xarici ölkələrdən Azərbaycana çox böyük miqdarda yağlar gətirildiyini vurğulayıb: 

"Yağlar burada emal olunur, təmizlənir, sonra da satışa çıxarılır. Bu malların da təhlükəsizliyinə Qida Təhlükəsizlik Agentliyi cavabdehdir. Əhalinin də bu yağlara iradları yoxdur. Məsələn, Azərbaycanda bir neçə şirkət yerli zeytun yağları istehsal edir. Məndə olan məlumata görə, yerli zeytun yağları İtaliyadan gətirilən zeytun yağlarından üstündür. Həm təmizliyinə görə, həm də heç bir qatqısı da yoxdur. Əhalinin yağ bazarında gedən cürbəcür ajiotajlara reaksiyaları var. Xüsusən də Rusiya, MDB yağ bazarına başqa yağların daxil olmaması üçün ciddi cəhdlər göstərilir. Məsələn, palma yağı normal yağdır. Palma ağacının bitkisinin dənələrindən hazırlanan yağ yemək üçün normal bitki yağıdır”. 

Eyyub Hüseynov qeyd edib ki, istehlakçı hüquqlarını qoruyan təşkilatların dünya konqresində 6 il bundan öncə məsələni qaldırıb: 

"Məlum oldu ki, iki cür palma yağı olur. Biri gövdəsindən sənayə məsələləri üçün istehsal olunan, biri isə onun dənələrindən tam yemək üçün  yararlı olan yağ. Keçən həftə də mənə Belçikadan şokalad gətirmişdilər. Baxdım ki, üstündə tərkibində palma yağının olduğu göstərilir. Eləcə də Avropa ölkələrində palma yağlı qidalar satılır. Həmçinin körpə qidalarının da tərkibində palma yağı var. Müsəlman ölkələrində istehsal olunan bu yağ ucuz başa gəlir və MDB bazarına daxil olamaması üçün bu yağlara qarşı ciddi media basqısı təşkil olunur”. 

Eyyub Hüseynovun fikirincə, qidalar xərçəng xəstəliyinə aparan əsas səbəblərdən biridir: 

"İqbal müəllimin bu fikiri ilə tam razıyam. Xarici ölkələrdə olan apteklərin sayı Azərbaycandan orta hesabla 20 dəfə azdır. Atatürk prospektində 9 mərtəbəli binanın altında 7 aptek var. İnsanların apteklərdə olan növbələri onu göstəririr ki, Azərbaycanda qida ilə bağlı böyük problem yaşanır. Eləcə də həkim qəbullarındakı xəstə sayı bizdə dəfələrlə çoxdur. Təəsüflər olsun ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat İnstitutu səviyyəsində bu məsələ araşdırılmır. Azərbaycanlılara nə olub ki, bu qədər aptek növbəsindəyik? Bizi xərcəngə aparan səbəblərdən biri qidalardır. Burada yağların da rolu az deyil. Bura genetik modifikasiya olunmuş yağlar və bu bitkilərdən hazırlanan məhsular daxildir. Qida Təhlükəsizliyi Agentliyi mümkün olanı edir, lakin keyfiyyət məsələsi qalıb arxa planda. Heç kəs bununla məşğul olmur. Mən buradan çağırış edirəm, İqtisadiyyat Nazirliyi yanında Standart İnstitutu keyfiyyət məsələsini üzərinə göütürsün və bu məsələ ilə məşğul olsun”. 

Qeyd edək ki, Ümid Partiyasının sədri İqabl Ağazadə Azərbaycanda satılan yağlarla bağlı açıqlama verib. "günəbaxan, qarğıdalı yağları sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağlardır. Onları açıq şəkildə Azərbaycana gətiriblər, təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Xərçəng xəstəliyini, onkoloji xəstəliyi yayan da budur”, deyə İqbal Ağazadə bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->