Xəbər lenti

Dünya 20:05 04.04.2024

İqlim dəyişikliyi terrorizmə təsir edir - Alimlər

Adelaida Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi Hindistanda ekstremist və terrorçu qrupların fəaliyyətinə təsir edib. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Journal of Applied Security Research" (JASR) elmi nəşrində dərc olunub.

Tədqiqat çərçivəsində ekspertlər 1998-ci ildən 2017-ci ilə qədər Hindistanda terror fəaliyyəti ilə bağlı məlumatları araşdırıblar. Bu müddət ərzində ölkədə terrorizmlə bağlı 9096 cinayət qeydə alınıb.

Komanda daha sonra ekstremist yerlər haqqında məlumatları iqlim məlumatları ilə müqayisə eeib və bəzi nümunələri tapıb.

"Təhlil göstərir ki, sınaqdan keçirilmiş bütün iqlim dəyişiklikləri - temperatur, yağıntılar və hündürlük - terror fəaliyyətinin dəyişən nümunələri ilə bağlıdır. Ən ucqar ərazilərin bəziləri iqlimə görə artıq insanların yaşaması üçün yararsızdır və bu, orada yerləşən ekstremist qrupları başqa yerlərə köçməyə məcbur edib", deyə məqalənin aparıcı müəllifi, ekstremizm üzrə ekspert Jared Dmello bildirib.

Alimlərin fikrincə, onların kəşfi cəmiyyətin müəyyən sektorlarının radikallaşması ilə iqlim dəyişikliyinin su və ərzaq qıtlığına gətirib çıxaran nəticələri arasında əlaqəni daha yaxşı anlamağa kömək edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->