İranın cənubunda baş verən güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, 44 nəfər yaralanıb. Yeraltı təkanların gücü 6,0 bal olub.
Qaynarinfo xəbər verir ki, zəlzələ şənbə günü gecə, Moskva vaxtı ilə saat 00:32-də baş verib. Birinci təkandan sonrakıların ən güclüsü 6,2 bal gücündə olan afterşoklar baş verib.
Zəlzələnin episentri təxminən 22,7 min nəfərin yaşadığı Bender-Lenge şəhərinin şimal-şərqində yerləşib. Xəmir və Bender-Lənqə şəhərləri arasında yerləşən kənd yaşayış məntəqələri daha çox zərər çəkib. Hürmüzqan əyalətinin səlahiyyətliləri xilasetmə əməliyyatı təşkil edib.
Alpər
Şərhlər