Xəbər lenti

Dünya 18:22 05.01.2024

İranın keçmiş nazir müavini Kandadan sığınacaq ala bilmir

İranın daxili işlər nazirinin keçmiş müavini Salman Səmani Kanada hökumətindən sığınacaq ala bilmir. 

Qaynarinfo xəbər verir ki, Salman Səmaninin insan hüquqları mövzusunda İranın mürtəce məmurlarından fərqlənmədiyini düşünən Kanada hökuməti onu deportasiya edə bilər. 

Bu günlərdə Salman Səmani Kanadanın miqrasiya xidmətində görüş keçirib. 

"Golab News” kanalının yaydığı məlumata görə, görüş Səmani üçün o qədər də uğurlu olmayıb. Bu görüşdən sonra da keçmiş nazir müavinin deportasiya olunma ehtimalı yüksəkdir. 

Məlumatlara görə, Kanadanın miqrasiya xidməti Salman Səmani açıq şəkildə araşdırılmasını istəyir. Lakin keçmiş nazir müavinin vəkili Robert İsrael Blenshay buna qarşı çıxıb. O, Kanada Federal Məhkəməsindən işin təxirə salınmasını istəyib. 

Vəkil Salman Səmaninin məxfiliyinin qorunmasını vacib hesab edir. 

İran mediası da israrla yazır ki, Səmani deportasiya ediləcək.

Məlumat üçün deyək ki, İranda baş verən "Məhsa Əmin olayı”ndan sonra ölkənin bir çox məmuruna sanskiya tətbiq edilib. Salman Səmani də bu sanksiyalardan yayına bilməyib. O, daxili işlər nazirinin müavini kimi İranda insan haqlarının pozulmasında mühüm rol alan fiqur hesab edilir. Bu baxımdan, onun Kanadadan sığınacaq ala bilməsinin xeyli dərəcədə çətin olduğu bildirilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->