Xəbər lenti

Dünya 15:14 28.06.2022

İranın neft obyektlərində işçılər tətil etdi

Tehranın "Tondqoviyan" neft emalı zavodu və "Qərb" netf şirkətinin işçiləri bu gün (28 iyun) tətillərini davam etdiriblər.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Neft  İşçilərinin Koordinasiya Şurasından verilən məlumata görə, onlar iş vaxtının artırılmasına və maaşların aşağı olmasına etiraz edirlər.

Dünən Abadan neft emalı zavodunun işçiləri də maaşların aşağı olmasına etiraz olaraq tətilə çıxıblar.
 
Son günlər İranın neftlə zəngin ərazilərindəki bəzi neft yataqlarında tətillər olub.

İranın neft yataqlarında, işçilərin tətilləri ilə yanaşı, İranın müxtəlif bölgələrində 20-dən çox şirkət və neft emalı zavodlarında da işçi tətilləri keçirilib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->