Xəbər lenti

İsa Həbibbəyli deputat mandatından imtina edəcək? (AÇIQLAMA)
Ölkə 14:05 25.10.2022

İsa Həbibbəyli deputat mandatından imtina edəcək? (AÇIQLAMA)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti İsa Həbibbəyli qurumun vitse-prezident postundakı vəzifəsindən və deputat mandatından imtina edib-etməyəcəyi məsələsinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, İ.Həbibbəyli jurnalistlərə açıqlamasında bu məsələnin hələ ki, müzakirə mövzusu olmadığını bildirib.

Qeyd edək ki, AMEA-nın bu gün keçirilən Ümumi yığıncağında İsa Həbibbəyli qurumun yeni prezidenti seçilib. İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib, oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->