İspaniyanın sabiq kralı Xuan Karlos yeni xatirələrində - "Barışma” adlı kitabında - mərhum Britaniya şahzadəsi Diana ilə bağlı qalmaqallı açıqlamalar verib.
	
Qaynarinfo "Daily Mail"ə istinadən məlumatına görə, bir neçə qeyri-rəsmi münasibəti ilə tanınan və nüfuzunu itirmiş monarx iddia edir ki, Leydi Di soyuq, səssiz və uzaq idi - yalnız paparatsilər yanlarında olanda istisna olmaqla. 
	
1980-ci illərdə, şahzadə Diana şahzadə Çarlz (hazırkı kral) və onların övladları Uilyam və Harri bir neçə dəfə İspaniya kral ailəsinin Palma-de-Malyorkadakı yay iqamətgahını ziyarət etdikdə, onların münasibətləri barədə söz-söhbətlər dolaşırdı.
	
Buna baxmayaraq, yaxınların xatirələrinə görə, Diana heç vaxt İspaniya kralına maraq göstərməyib. Bioloq Endryu Morton yazır ki, şahzadə onu çox ehtiraslı bir kişi adlandırıb və tək qalmaq ona narahatlıq verib. Xuan Karlos isə illərlə çoxsaylı əlaqələrinə görə qalmaqallarla müşayiət olunub.
	
 
Xuan Karlosun ən məşhur münasibətlərindən biri biznes qadını Korinna Tsu Zayn-Vitgenshteyn ilə uzunmüddətli münasibəti olub. Diana isə, yaxın dostunun sözlərinə görə, Çarlz ilə evliliyinin bitməsindən sonra bir neçə romantik əlaqələr yaşayıb:
	
"O, kişiləri köhnə üsulla romantik şəkildə "toplayırdı". Qaşlarının altından baxırdı və sən başa düşürdün ki, bu bir oyundur. Amma bu oyun cazibədar idi, sarkastik deyildi və məhz onun sayəsində hamını özünə heyran edirdi".
	
Həmçinin qeyd olunur ki, şahzadəyə ilk "göz qoyan" şəxs onun mühafizəçisi Berri Mannaki olub, ona 1985-ci ildən bəri eşq bəslədiyi deyilir. Diana isə ehtimal ki, onun haqqında qeyd olunmuş söhbətdə belə deyib:
	
"Mən yalnız onun yanımda olanda xoşbəxt idim. Özümü kiçik qız kimi hiss edirdim, daim tərif gözləyirdim. Mən buna tamamilə bağlı idim".
	
Aydın
	
             
            
Şərhlər