"Qalatasaray”ın argentinalı forvardı Mauro İkardinin bacısı, məşhur model İvana İkardi İspaniya millisinin kapitanı, dünya çempionatının qalibi İvana Andresin əvəzinə "Xidmətlərə görə" ordeni ilə təltif edilib.
Qaynarinfo-nun məlumatına görə, sonradan bu səhv rəsmi qəzetdə dərc olunan üzrxahlıqla düzəldilib.
İspaniya Milli İdman Şurası (CSD) ölkə rəhbərliyinin səhvən İspaniya millisinin kapitanı İvana Andresin yerinə "Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardinin bacısı məşhur İvana İkardini ölkənin "İdman Xidmətlərinə görə” ordeni ilə təltif etdiyini açıqlayıb. CSD səhvən verilən mükafatın ölkənin rəsmi dövlət qəzetində dərc edilməsindən sonra dərin təəssüfləndiklərini bildirib rəsmi şəkildə üzr istəyib.
Ötən ay Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlararsı dünya çempionatında kuboku başı üzərinə qaldıran İspaniya millisinin kapitanı İvana ilə bağlı yol verilən səhv növbəti buraxılışda düzəldilib. Hazırda Mayorkada yaşayan və İspaniyada bir çox televiziya proqramlarına qatılan məşhur argentinalı İvana İkardi isə sosial media paylaşımında "Bu, həqiqətən də baş verdi! Necə olub ki, belə bir səhvə yol veriblər?” - sözlərini yazıb və rəsmi qəzetdə adının yazıldığı səhifənin surətini də təqdim edib.
Lakin İvananın adının səhv yazılması fəxri adlarla bağlı məsuliyyət daşıyanların yeganə səhvi deyildi. Turnirin, həmçinin, UEFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilən yarımmüdafiəçi Aitana Bonmatinin adı da rəsmi qəzetdə səhv yazılmışdı.
Səbuhi Həsənov
Şərhlər