Xəbər lenti

İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik etdi
Siyasət 22:19 09.08.2025

İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik etdi

"Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib”.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X” sosial şəbəkə hesabında yazıb:

"Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın”,- deyə Baş nazir bildirib.

Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da "X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:

"Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada, hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması kimi daha çox tarixi nailiyyətlər görəcəyik. Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar”, - Hersoq bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->