Dünyada hər il təxminən 1,5 milyon qadında ginekoloji xərçəng aşkarlanır və təxminən 700 min qadın bu səbəbdən həyatını itirir.
Qaynarinfo xəbər verir ki, Azərbaycanda da hər il minlərlə qadına uşaqlıq, yumurtalıq, uşaqlıq boynu, boru, vagina və vulva xərçənglərindən biri diaqnozu qoyulur. Erkən mərhələdə aşkarlanan hallarda müalicə imkanları yüksəkdir.
Uşaqlıq boynu xərçəngi
Hər il ölkəmizdə minlərlə qadında bu xərçəng növü aşkarlanır. Əsas səbəb HPV infeksiyasıdır. Siqaret, immunitet zəiflədən dərmanlar və çoxsaylı doğuş risk faktorları arasındadır. Əlamətlərinə ara menstruasiya qanamaları, menopoz dövründə qanama, vaginal ifrazat və cinsi əlaqə zamanı ağrı daxildir.
* Müayinələr: 21 yaşdan sonra PAP smear testi, 30 yaşdan etibarən HPV testi.
* Müalicə: Mərhələdən və xəstənin uşaq sahibi olmaq istəyindən asılı olaraq cərrahiyyə, kimyo- və radioterapiya. HPV peyvəndi yüksək qoruma təmin edir.
Uşaqlıq xərçəngi
Ölkəmizdə qadınlarda dördüncü ən çox rastlanan xərçəngdir.
* Əsas risk faktorları: piylənmə, doğmamaq, polikistik yumurtalıq sindromu, şəkərli diabet, Lynch sindromu. Menopozdan sonra qanama ən mühüm xəbərdarlıq əlamətidir.
* Müayinələr: Xüsusi risk qrupu (ailəvi hallarda) üçün ginekoloji baxış, USM və biopsiya.
* Müalicə: Əksər hallarda laparoskopik əməliyyat kifayətdir; irəliləmiş mərhələdə əlavə olaraq radio- və kimyoterapiya.
Yumurtalıq xərçəngi
Ginekoloji xərçənglər arasında ölüm səbəbi olaraq ilk sıradadır. Gec əlamət verdiyi üçün əksər hallarda irəliləmiş mərhələdə aşkarlanır.
* Risk faktorları: sonsuzluq, piylənmə, siqaret, endometrioz; qoruyucu faktorlar: doğuş, əmizdirmə, doğum nəzarət həbləri. Təxminən 25%-i genetik səbəblərlə (məsələn, BRCA mutasiyası) əlaqəlidir.
* Əlamətlər: Qarında şişkinlik, tez doyma, qarın ağrısı, tez-tez sidiyə çıxma.
* Müayinələr: Ginekoloji baxış, USM, CA125 qan testi.
* Müalicə: Əməliyyat və kimyoterapiya əsas üsullardır. Əməliyyat zamanı bütün görünən şiş toxumasının çıxarılması sağqalım üçün əsas şərtdir. BRCA pozitiv xəstələrdə hədəfli dərmanlar və lazım gəldikdə qoruyucu cərrahiyyə tətbiq olunur.
Aydın
Şərhlər