Xəbər lenti

Dünya 13:21 06.11.2023

İsrail yüz minlərlə Qəzza sakinini Misirə köçürməyə çalışır - NYT

Son həftələr İsrail səssizcə anklavda müharibə zamanı yüz minlərlə fələstinlinin Qəzza zolağından Misirə köçürülməsi üçün beynəlxalq dəstəyi artırmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” altı yüksək rütbəli diplomata istinadən yazır.

NYT həmsöhbətləri aydınlaşdırıblar ki, israilli diplomatlar Qəzza sakinlərinin köçürülməsi ideyasını bir neçə xarici hökumətə təqdim edərək, bunu humanitar təşəbbüs kimi təqdim ediblər. ABŞ və Böyük Britaniya da daxil olmaqla, İsrailin əksər həmsöhbətləri qaçqınların Qəzzaya heç vaxt qayıtmayacağı riskləri səbəbindən təklifi rədd edib. Nəşrin həmsöhbətlərindən birinin fikrincə, belə bir köçürülmə Misirdə sabitliyi poza bilər.

Xatırladaq ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi oktyabrda fələstinlilərin ölkəyə zorla köçürülməsi ehtimalını rədd edib, çünki bu, Fələstin dövlətinin yaradılmasına mane olacaq. Hazırda Rəfah keçid məntəqəsindən Misir ərazisinə yalnız yaralı fələstinlilər və xarici pasport sahibləri daxil ola bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->