Dünya 16:47 27.03.2023

İsraildə nə baş verir? (ŞƏRH)

"Təl-Əvivin yaxın qonşularla münasibətlərində ciddi problemlər mövcuddur. Digər tərəfdən, İran və Ukrayna məsələsinə yanaşmada İsrail isteblişmenində böyük ziddiyyətlər yaşanır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov İsraildə müdafiə nazirinin istefaya göndərilməsi fonunda müşahidə edilən daxili-siyasi gərginliyi şərh edərkən deyib.

"İsrail dövləti daxilində siyasi mübarizə hərdən çox amansız forma alır. İsrail demokratik ölkədir. Ölkədə məhkəmə islahatları ilə bağlı fikir ayrılığı yaşandı. İslahatlara etiraz edən müdafiə naziri istefaya göndərildi. Ancaq ölkə daxilində yaranan gərginliyin əsas səbəbi heç də bu deyil. Başqa səbəblər var. İsrail xarici siyasətində ziqzaqlar mövcuddur. Birmənalı xarici doktrina mövcud deyil. Ölkə müxalifəti də özləri üçün yaranmış əlverişli vəziyyətdən Netanyahu hökumətini zəiflətməyə və ardınca da onu istefaya göndərməyə çalışmaq üçün istifadə edirlər”, deyə politoloq bildirib.

Qeyd edək ki, İsraildə baş nazir Binyamin Netanyahu tərəfindən müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Buna səbəb müdafiə  nazirinin ölkədə keçirilməsi gözlənilən məhkəmə islahatlarına qarşı çıxması olub. Bu  isə ölkədə ciddi narazılıq və gərginliyə səbəb olub. 

Rüfət Sultan