Xəbər lenti

İstanbulun əhalisi 15 milyonu ötdü
Dünya 15:08 25.08.2023

İstanbulun əhalisi 15 milyonu ötdü

İstanbulun əhalisi 15 milyon nəfəri keçib.

Qaynarinfo bu barədə "Sabah” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyə əhalisinin sayı son siyahıyaalmanın nəticələrinə əsasən, 84 milyon nəfəri keçib.

"Ən diqqət çəkən şəhər İstanbul olub. İstanbulun əhalisi 15 milyon nəfəri keçib. Eyni zamanda, İstanbulda yaşayan 13 milyondan çox vətəndaş ölkənin müxtəlif əyalətlərində qeydiyyatdadır", deyə nəşr yazır.

Statistikaya görə, İstanbulda ən çox Giresun (494 mindən çox), Ərzurum (442 mindən çox), Ərzincan (307 mindən çox), Qars (303 mindən çox) vilayətlərində qeydiyyatda olanlar yaşayır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->