Xəbər lenti

İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir?
Ekonomiks 16:16 25.07.2025

İstehlak kreditləri üzrə orta faiz dərəcələri nə qədərdir?

Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17 %-ə çatıb.

Qaynarinfo bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yanvar-iyun aylarında məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 %-ə, avtomobil kreditlərinin orta faiz dərəcəsi isə 2 faiz bəndi artaraq 12 %-ə çatıb.

Hesabat dövründə kredit kartı vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 % bəndi azalaraq 25 % təşkil edib.

2025-ci ilin iyun ayının sonuna milli valyutada verilən digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin dekabr ayına olan göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->