Xəbər lenti

Dünya 19:55 05.04.2024

İtaliyada şəhər meri vətəndaşlara pulsuz keçi təklif edir

İtaliyada bir şəhərin meri keçilərin çoxalması problemini qeyri-adi bir yolla həll etməyə çalışır: onları saxlaya bilən hər kəsə pulsuz keçi veriləcək.

Qaynarinfo bu barədə upi.com-a istinadən xəbər verir.

Siciliyanın Aeol arxipelaqının eyniadlı adasında yerləşən Alikudi şəhərinin meri Rikkardo Qullo keçi himayəyə götürmə proqramını ictimaiyyətə təqdim edib. Məmur bu addımı heyvanların sayı 6 dəfə artdıqdan sonra atıb.

Proqrama əsasən, yerli hökumətə elektron poçtla sorğu göndərən və 17 dollarlıq "möhür vergisi" ödəyən hər kəs istədiyi qədər keçi götürə bilər. Bir şərtlə ki, icazə aldıqdan sonra 15 gün ərzində onları adadan çıxarsınlar.

"İdeal olaraq biz istərdik ki, insanlar keçiləri yeməkdənsə, onları əhliləşdirməyə çalışsınlar. Hər kəs keçi üçün sorğu verə bilər, o, fermer olmaq məcburiyyətində deyil və saylarda heç bir məhdudiyyət yoxdur", deyə mer bildirib.

Adada ilk keçi sürüsü təqribən 20 il əvvəl, fermerlər onları yetişdirməyə başlamaq üçün gətirdikləri zaman ortaya çıxıb. Daha sonra heyvanlar ərazidə sərbəst yaşamağa başlayıb və vəhşiləşiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->