Ölkə 16:41 22.03.2023

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs tapıldı  (VİDEO/YENİLƏNİB)

Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağalayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.
 
 14:01

Gəncə-Şəmkir yolunda baş verən hadisə ilə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə açıqlamasında bildirib ki, iti avtomobilin arxasına bağlayan sürücünün müəyyən edilməsi istiqamətində əməliyyata başlanılıb.
 
12:04

Bu gün insanlığa sığmayan görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik: