Xəbər lenti

Kadırovun qardaşı oğlu kənarlaşdırıldı, Putin
Dünya 14:24 14.03.2024

Kadırovun qardaşı oğlu kənarlaşdırıldı, Putin "Danone"ni başqa çeçenə satacaq

Fransanın "Danone" korporasiyasının Rusiya biznesi yerli investorlara tezliklə satılacağı ilə bağlı şayiələr fonunda müvəqqəti dövlət idarəsindən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, martın 13-də Vladimir Putin "Danone Russia” ASC və "Danone Trade” ASC-nin müvəqqəti idarəçilikdə olan Federal Əmlakın İdarə Edilməsi Agentliyinə verilməsini ləğv edən fərman imzalayıb (keçən ilin iyulunda dövlət nəzarətinə keçdikdən sonra onların adı dəyişdirilərək müvafiq olaraq H&N və H&N Trade adlandırılıb). 

Fevralın sonunda bildirilib ki, "Danone" Rusiya Federasiyasındakı biznesini Çeçenistanla əlaqələri olan rus iş adamı Mintimer Minqazova məxsus Rusiyanın Vamin Tatarstan süd şirkətinə satmağı planlaşdırır.

Dünya mediası qeyd edir ki, sövdələşmə "Qərb aktivlərinin Kremlin dost əllərinə əhəmiyyətli dərəcədə aşağı qiymətə növbəti transferi” olacaq.

2023-cü ilin fevral ayında Danone Rusiyadakı aktivlərini satmağa hazır olduğunu, lakin geri almaq hüququ və direktorlar şurasında yerlər olduğunu açıqlayıb.

6 mart 2022-ci ildə Danone Rusiya Federasiyasında investisiya layihələrinin dayandırıldığını elan edib.

2023-cü il iyulun 16-da Putin şirkətin aktivlərinin "müvəqqəti idarəetməyə” verilməsi haqqında fərman imzalayıb.

Faktiki milliləşdirmədən sonra Rusiyanın "Danone" şirkətinə Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyev rəhbərlik edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->