Xəbər lenti

Dünya 17:49 05.03.2024

Kanada tezliklə CRV7 raketlərinin Ukraynaya tədarükü barədə qərar verəcək

Kanada tezliklə CRV7 raketlərini Ukraynaya vermək qərarına gələ bilər. Hazırda raket daşınmasının təhlükəsizliyi qiymətləndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Bill Bler bildirib.

Blerin sözlərinə görə, Kanada hazırda raketlərin daşınmasının təhlükəsizliyini qiymətləndirir. Təsdiqləmə bir neçə gün çəkəcək.

"Hazırda bu sursatın təhlükəsiz şəkildə daşınıb-daşa bilmədiyini yoxlayırıq. Yaxın bir neçə gün ərzində mümkünlüyü müəyyən etdikdən sonra onları mümkün qədər tez Ukraynaya çatdıracağıq”, - Bler bildirib.

Arayış: CRV7 - yer hədəflərinə hücum etmək üçün nəzərdə tutulmuş və Kanadanın "Bristol Aerospace” şirkəti tərəfindən istehsal edilmiş 70 mm-lik aviasiya idarə olunmayan raketdir (İOR). Hazırda, bu raket Qərb ölkələrinin (ABŞ istisna olmaqla) və onların müttəfiqlərinin ən güclü hücum idarə olunmayan raketlərindən biri olaraq qalır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->