Xəbər lenti

Dünya 22:18 22.11.2023

Kanada Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayıracaq

Kanada hökuməti 2023-2026-cı illər üçün yenilənmiş iqtisadi hesabat dərc edib.

Qaynarinfo xəbər verir ki, hökumət saytındakı sənəddən Kanadanın bu müddət ərzində Ukraynaya dəstək üçün 1,331 milyard Kanada dolları (indiki məzənnə ilə təxminən 971,5 milyon ABŞ dolları) ayırmağı planlaşdırdığı görünür.

Layihəyə əsasən, 2023/24 maliyyə ilində Kanada hökuməti Ukraynaya hərbi yardım üçün 816 milyon, (595,6 milyon ABŞ dolları), 2024/25-ci illərdə 318 milyon (232,1 milyon ABŞ dolları), 2025/26-cı illərdə isə 197 milyon Kanada dolları (143,8 milyon ABŞ dolları) dəyərində hərbi yardım ayırıb. 

CTV telekanalının məlumatına görə, Rusiya və Ukrayna arasında müharibə başlayandan 2023-cü ilin sentyabrına qədər Kanada Kiyevə 10 milyard Kanada dollarından (7,2 milyard ABŞ dolları) çox hərbi yardım edib. Kanada həmçinin Ukrayna əsgərlərinə təlim keçməsi üçün öz hərbçilərini Avropaya göndərib və 175 mindən çox ukraynalı qaçqını qəbul edib.

Sentyabrın sonunda Ukrayna prezidenti Volodimir Zelenski hərbi əməliyyatlar başlayandan sonra ilk dəfə Kanadaya səfər edib və burada ölkənin baş naziri Castin Trüdo ilə danışıqlar aparıb. Daha sonra Kanada Ukraynaya 482 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->