Xəbər lenti

Ölkə 10:54 23.01.2024

Kanadada 3,2 milyon dollarlıq maşınları Azərbaycana gətirmək istəyən dəstə ələ keçdi

Kanadada oğrulanmış avtomobilləri qaçaqmalçılıq yolu ilə Azərbaycana və Gürcüstana gətirməyə çalışan dəstə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kanada polisi Ontario şəhərində ümumi dəyəri 3,2 milyon dollar olan 52 avtomobilin oğurlandığını müəyyən edib.

Qeyd edək ki, 11 şübhəliyə qarşı ittiham irəli sürülüb. Onların arasında 64 yaşlı azərbaycanlı da var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->