Xəbər lenti

Dünya 14:05 14.01.2024

Kanadada mənzil problemi xarici tələbələrin sayının məhdudlaşdırılmasına səbəb bilər

Kanada hakimiyyəti əcnəbi tələbələrin sayını məhdudlaşdırmağı nəzərdən keçirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Mark Miller "CTV News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində ölkədə yaşayan əcnəbi tələbələrin sayının məhdudlaşdırılması imkanlarına baxıla bilər. Miller məsələnin mənzil çatışmazlığı ilə bağlı olduğunu izah edib.

Nazir qeyd edib ki, ölkədə yaşayan əcnəbi tələbələrin sayı qarışıqdır və sistem nəzarətdən kənarda qalıb.

Eyni zamanda Miller aydınlaşdırıb ki, əcnəbi tələbələrin sayının məhdudlaşdırılması ölkədə mənzil çatışmazlığı probleminin universal həlli olmayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->