Xəbər lenti

Keçid balları: Regionşünaslıq 100, hüquqşünaslıq 8 bal artdı
Ölkə 16:50 23.08.2025

Keçid balları: Regionşünaslıq 100, hüquqşünaslıq 8 bal artdı

İxtisas seçiminin nəticələri ötən gün elan edilib. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 756 nəfər iştirak edib. Onlardan 57 236  nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev Modern.az-a ixtisas seçiminin nəticələrini şərh edib.

I qrup üzrə vəziyyətin ümumilikdə yaxşı göründüyünü deyən ekspert bildirib ki, bəzi ixtisaslarda keçid ballarının azaldığı müşahidə olunub:

"Keçən ilə nisbətən daha yaxşı ixtisaslara daha az balla qəbul olan abituriyentlər oldu. Eyni zamanda bəzi ixtisaslarda artım qeydə alındı. Amma ümumi mənzərədə keçid ballarının azalma tendensiyası müşahidə edildi. Xüsusilə yüksək ballı ixtisaslarda artım normal prosesdir”, – deyə o qeyd edib.

II qrup barədə danışan ekspert burada balların əsasən artdığını deyib:

"Xüsusən də dövlət sifarişli ixtisaslarda artım gördük. Bu da gözlənilən idi, çünki plan yerlərinin azalması balların qalxmasına səbəb oldu”.

III qrupda isə ekspertin sözlərinə görə, seçim prosesi həddən artıq gərgin keçib:

"Bəzi ixtisaslarda keçid balı 100-dən çox qalxdı. Xüsusilə RT alt qrupu və regionşünaslıq ixtisaslarında ciddi artım qeydə alındı. Özəl universitetlərdə regionşünaslıq ixtisası 150 baldan 230-250 bala qədər yüksəldi. Bu da həmin qrup üzrə abituriyentlərin sayının çox olması ilə bağlıdır. Hüquqşünaslıq ixtisasında isə keçid balı keçən ilə nisbətən ciddi dəyişmədi - ötən il 613 bal idisə, bu il 621 oldu”.

IV qrup üzrə də bal artımı diqqəti çəkib. Ekspert bildirib ki, xüsusilə tibb ixtisasında bu artım daha çox nəzərə çarpıb:

"Ötən il tibb ixtisası üçün keçid balı 605 idi. Bu il isə 624-ə yüksəldi. Əvvəlcədən də 20 bala qədər artım proqnozlaşdırırdıq”.

V qrup barədə isə E.Nurəliyev qeyd edib ki, burada da vəziyyət gərgin olub:

"Üçüncü və beşinci qruplarda boş yerlərin az olacağı proqnozlaşdırıldığı üçün kəsilənlərin sayı çox olacaq. Bu səbəbdən də həmin qrup üzrə nəticə gözləyənlər çox da ümidli olmasınlar”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->