Xəbər lenti

Ölkə 13:57 26.04.2024

Keçmiş prokurorun cinayət işi Ali Məhkəmədə

Bakı Şəhər Prokurorluğunun keçmiş idarə prokuroru, hazırda həbsdə olan Samir Nəsirov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qaynarinfo xəbər verir ki, Nazim Mövsümov iş üzrə hakim təyin edilib. 

Samir Nəsirov Cinayət Məcəlləsinin 312-ci (Rüşvət vermə) təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il 6 ay azadlıqdan mərhum edilib. 

Samir Nəsirovla birgə Fərid Eldarov və Mətkəb Həsənov da məhkum edilib. Onların hər birinə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. 

Samir Nəsirov bundan əvvəl dədləduzluq əməlinə görə cəzalandırılıb. O, ayrı-ayrı vətəndaşların 150 000 manat pulunu mənimsəməkdə təqsiləndirilib. 

Keçmiş idarə prokuroru bu hadisəyə görə Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilib. Eyni zamanda xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Nəsirova 2 il şərti cəza verilib.

Seyid 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->