Dünyanın ən aktiv vulkanlarından biri olan Havay adalarındakı Kilauea vulkanı yenidən püskürüb.
Qaynarinfo xəbər verir ki, Kilauea vulkanı son bir il ərzində 43-cü dəfə püskürən vulkandan yüksələn lavalar yüzlərlə metr hündürlüyə çatıb, əmələ gələn qaz və kül buludları isə geniş əraziyə yayılıb. ABŞ-ın Geoloji Araşdırmalar Xidməti (USGS) lavanın 400 metrədək yüksəldiyini açıqlayıb.
Kilauea vulkanı 2024-cü ilin dekabrından davam edən partlayışlardan sonra yenidən aktivləşib.
Günay
Şərhlər