Gəncə Dövlət Milli Dram Teatrının aktrisası mükafatlandırılıb. Aktrisa Zəminə Cəfərova "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, bu mükafat aktrisaya Azərbaycan Teatrlar İttifaqı ilə Azərbaycan-Gürcüstan Teatrlarının birgə layihəsi olan "Kukaraça" tamaşasında yaratdığı "Marqo" obrazına görə verilib.
"Kukaraça” tamaşasının quruluşçu rejissoru Gürcüstan Respublikasının əməkdar incəsənət xadimi Vasili Çikokidze, layihənin rəhbəri Azərbaycan Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı və koordinatoru Yusif Cəfərovdur.
Bahar Rüstəmli
Şərhlər