Xəbər lenti

Kolumbiyada HHQ-nin təyyarəsi qəzaya uğradı
Dünya 21:22 23.03.2026

Kolumbiyada HHQ-nin təyyarəsi qəzaya uğradı

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə aid "Hercules C-130" təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, qəza ölkənin cənubunda Putumayo əyalətində baş verib.

"Caracol" radiostansiyasının yaydığı məlumata əsasən, təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:

"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".
--> -->