Xəbər lenti

Konfrans Liqası:
İdman 21:54 07.08.2025

Konfrans Liqası: "Araz-Naxçıvan" Bakıda darmadağına üzüldü

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

7 avqust
Araz-Naxçıvan (Azərbaycan) - Omoniya (Cənubi Kipr) 0:4
Qollar: Loizos Loizu, 13; 22. Evandro, 55. Stivan Jovetiç, 58.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 17. İssuf Paro, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli (q), 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov, 44. Rahil Məmmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Omoniya: 40. Fabiano Fabiano, 3. Fotis Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stivan Jovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. Giannis Masuras, 30. Nikolas Panagiotu, 31. İoannis Kusulos (k), 75. Loizos Loizu.
Ehtiyat oyunçular: 23. Çaralampos Uzoho (q), 98. Françis Kiriakidis (q), 2. Alpa Diounkou, 6. Karel Eitinq, 9. Mariuş Stepinski, 24. Amin Xammas, 27. Stefan Simiç, 33. Mateuş Musialovski, 44. Novika Erakoviç, 85. Anqelos Neofitu, 90. Kristos Konstantinidis, 91. Konstantinos Panagi.
Baş məşqçi: Henninq Berq.
Baş hakim: Ondrjey Berska (Çexiya).
Bakı. "Dalğa Arena".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->