Xəbər lenti

Dünya 15:34 02.02.2024

Latviya öz komandalarına rusiyalılar və belaruslarla yarışmağı qadağan etdi

Latviya Seymi qanunvericiliyə düzəlişlər qəbul edib. Düzəlişlərə əsasən, Latviyanın komandalarına komanda yarışlarında Rusiya və Belarus yığmalarına qarşı oynaması qadağan edilib. Qadağa rusiyalıların neytral statusda yarışdığı yarışlara da şamil edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə nəşri yazır.

Nəşr Seymin mətbuat xidmətinə istinadən yazır ki, qanuna qəbul edilən dəyişikliklərin əsas məqsədi Latviyanın Ukrayna ilə həmrəyliyini bir daha vurğulamaq və Rusiyanın idman industriyası vasitəsilə hərbi cinayətlərini legitimləşdirmək cəhdlərini əsaslı şəkildə əngəlləməkdir. Eyni zamanda, beynəlxalq idman təşkilatları "Latviya qanunvericiliyinə hörmət etməli” və belə matçlara icazə verməməlidir. 

Qanun layihəsi üzərində işlərin gedişinə cavabdeh olan Təhsil, mədəniyyət və elm komitəsinin iclasında qanunvericilər daha əvvəl vurğulayıblar ki, beynəlxalq idman ictimaiyyəti Rusiya və Belarus komandalarını yarışlara qaytara biləcək qərarlar qəbul edir. Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, püşkatmalardan sonra Latviya bu iki ölkədən biri ilə eyni qrupa düşə bilər. Qanuna dəyişiklik edilməsəydi, Latviya komandaları belə vəziyyətdə oynamaq, texniki məğlubiyyət və ya cərimə ödəmək məcburiyyətində qalacaqdılar.

Düzəlişlər latviyalı idmançıların Olimpiya Oyunlarında iştirakını tənzimləmir, belə ki, bu barədə Latviya Olimpiya komitəsi qərar verir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->