Xəbər lenti

Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak etdi (FOTO)
Foto 22:30 09.12.2025

Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak etdi (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində "Galkynysh" Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.

Qaynarinfo xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan "Galkynysh" Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.

Nümayişdən sonra Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.

Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->