Xəbər lenti

Maduro məhkəməyə belə aparıldı (FOTO/VİDEO)
Video 17:22 05.01.2026

Maduro məhkəməyə belə aparıldı (FOTO/VİDEO)

Venesuelaya qarşı hərbi müdaxilədən sonra ABŞ-a aparılan Nikolas Maduro və həyat yoldaşı bu gün hakim qarşısına çıxacaq. O, artıq məhkəməyə aparılıb.

Qaynarinfo xəbər verir ki, zirehli avtomobillər və helikopterlə həyata keçirilən köçürülmə zamanı Maduronun axsaya-axsaya yeridiyi diqqət çəkib. Bu gün məhkəmədə ona qarşı irəli sürülən ittihamların oxunacağı bildirilir.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən Maduroya, həyat yoldaşı Silia Floresə, oğlu Nikolas Maduro Qerreraya, eləcə də daxili işlər naziri Diosdado Kabelyoya, keçmiş daxili işlər naziri Ramon Rodrigez Çaçinə və "Tren de Aragua” cinayət dəstəsinin lideri Hektor Rustenford Qerrero Floresə qarşı ittihamları ehtiva edən iddianamə üzrə məxfilik əvvəlki gün ləğv edilib. İlk dəfə 2020-ci ildə, ABŞ prezidenti Donald Trampın ilk prezidentlik dövründə elan edilən iddianamənin yenilənmiş variantında Maduraya dörd ayrı maddə üzrə ittiham irəli sürülür.

Maduro və həyat yoldaşı Floresin bu gün Manhettendə yerləşən Nyu-York Cənub Dairə Məhkəməsində hakim qarşısına çıxarılması gözlənilir. "New York Times” qəzetinin məlumatına görə, işə daha əvvəl 11 sentyabr hadisələri, Əbu Qreyb işgəncələri və Hərvi Vaynştayn kimi geniş rezonans doğuran məhkəmə proseslərinə baxmış 92 yaşlı ortodoks yəhudi hakim Alvin K. Hellerştayn rəhbərlik edəcək. İclas Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
 
Aydın

 
--> -->