Xəbər lenti

Bu yolda sürət həddi endirildi, tablolarda
Ölkə 22:01 06.01.2026

Bu yolda sürət həddi endirildi, tablolarda "dumanlı hava" işarəsi qoyuldu

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
--> -->