XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu
İdman00:59 21.08.2026

Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.

Qaynarinfo xəbər verir ki, 29 yaşlı hücumçu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.

Start heyətdə meydana çıxan Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Oyun 2:2 hesabı ilə bitib.

Bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.