Xəbər lenti

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı
İdman 18:48 15.03.2026

Mahir Emreli qol vurdu, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb.

Qaynarinfo xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.

Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddincidir.
--> -->