İdman 14:03 28.11.2023

Mahir Emrelinin sabiq klubunda yeni prezident

Türkiyə Superliqası təmsilçisi "Konyaspor"un yeni prezidenti məlum olub.

Qaynarinfo-nun məlumatına görə, ötən həftə klubda keçirilən Fövqəladə Baş Assambleyada kifayət qədər səs çoxluğu əldə olunmadığı üçün təxirə salınan prezident seçkiləri yenidən baş tutub.

Təkrar seçkidə klubun əvvəlki idarə heyətində Futbol Şöbə Müdiri olan iş adamı Ömər Qorxmaz prezident seçilib.

Millimizin futbolçusu, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu ilin ilk yarısında "Konyaspor"da icarə əsasında çıxış edib.

Səbuhi Həsənov