XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident dünya çempionatının açılış mərasimini izləyir
Siyasət16:40 05.10.2026

Prezident dünya çempionatının açılış mərasimini izləyir

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimi izləyir.

Qeyd edək ki, ötən gün start götürən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) təmsil edir. Millimiz oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.

Hələlik yığmamızın aktivində bir medal var. Yarışın ilk günündə mübarizəyə qoşulan Əhməd Yusifov (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.