Xəbər lenti

Dünya 19:19 04.04.2024

Makron: "Crocus" terrorunu sifariş edənlər və törədənlər haqqında faydalı məlumatlarmiz var"

İndi Parisin ixtiyarında "Crocus City Hall"dakı terror aktını sifariş edənlər və törədənlər haqqında faydalı məlumatlar var. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

"Bizim bu barədə məlumatımız var", deyə dövlət başçısı Parisətrafı qəsəbələrdə Olimpiya Su İdmanı Mərkəzinin açılış mərasimində bildirib.

Makron etiraf edib ki, o, təfərrüatları dəqiqləşdirmək və Rusiya ilə həmrəylik forması kimi xüsusi xidmət orqanlarının direktoru və müvafiq departamentin rəhbərinə texniki danışıqlar aparmağı tapşırıb.

Prezident Fransanın əlində olan məlumatları açıqlamayıb, lakin qeyd edib ki, bu, son terror aktının ilkin şərtləri, məqsədləri və təşkilinə aiddir.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. 150-dən çox insan ölüb, çox sayda yaralı var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->