Xəbər lenti

Dünya 20:51 18.09.2023

"Mariupolda 20 gün" Ukraynadan "Oskar"a yola düşür (VİDEO)

Mstislav Çernovun rejissorluğu ilə çəkilmiş "Mariupolda 20 gün" sənədli-şahidlik filmi Ukraynanı 96-cı Akademiya Mükafatı "Oskar"ında təqdim edəcək.

Qaynarinfo xəbər verir ki, Ukraynadan "Ən yaxşı beynəlxalq bədii film” nominasiyasında ən nüfuzlu film mükafatına təqdim olunacaq film Ukrayna Oskar Komitəsinin bazar ertəsi, sentyabrın 18-də keçirilən iclasında seçilib.

"Film Valentin Vasyanoviçin rəhbərlik etdiyi Ukrayna Oskar Komitəsinin üzvləri tərəfindən səsvermə yolu ilə seçilib ", - komitədən bildirilib.

Bu il milli seçimdə beş film iştirak edib: Mstislav Çernovun "Mariupolda 20 gün”, Roman Luboyun "Dəmir kəpənəklər”, Dmitri Suxolitki-Sobçukun "Pamfir”, Taras Tomenkonun "Terikons” və Adrien Uolterin "SHTTL” filmi.

"Mariupolda 20 gün"  ruslar tərəfindən mühasirəyə alınan Mariupolda müharibə müxbiri, fotoqraf, videoqraf Mstislav Çernovun çəkdiyi materiallar əsasında yaradılmış sənədli filmdir. Lent Çernov və onun həmkarlarının Mariupoldan dünya mediasına göndərdiyi, şəhərdə baş verən hadisələrdən bəhs edən kadrlardan ibarətdir: uşaqların və böyüklərin ölümləri, kütləvi məzarlıqların yaradılması, Rusiya aviasiya bombası ilə dağıdılan doğum evi və Rusiyanın digər hərbi cinayətləri.

Filmin yaradılmasında fotoqraf Yevgeni Maloletka və prodüser Vasilisa Stepanenko iştirak ediblər. Çernovla birlikdə Associated Press-in çəkiliş qrupunun bir hissəsi olaraq Mariupolda qalan və Rusiya Federasiyasının cinayətlərini sənədləşdirməyə davam edən yeganə beynəlxalq jurnalistlər olublar. Bu işə görə Çernov, Maloletka və Stepanenko Pulitser mükafatını alıblar.

"Mariupolda 20 gün" filminin dünya premyerası Sundance Film Festivalının Ümumdünya Kino Sənədli Müsabiqəsi bölməsində baş tutub. Film orada tamaşaçı rəğbəti mükafatını alıb. Ukrayna premyerası 2023-cü ilin iyununda Docudays UA festivalında baş tutub. Burada film iki mükafat qazanıb:  DOCU/UKRAINE müsabiqəsinin baş mükafatı və tamaşaçı rəğbəti mükafatı.

2022-ci ildə Ukraynadan iki tammetrajlı film Amerika Kino Akademiyası Mükafatına - rejissor  Maryna Er Horbaxın "Klondayk" və Meryan Buşanın rejissoru olduğu "Snayper. Ağ qarğa" filmləri üçün müraciət edib.

Sonda komitə "Klondayk” filmini seçib.

Bu dram 2014-cü il iyulun 17-də Donetskdəki Hrabovo kəndi yaxınlığında rusiyapərəst separatçılar tərəfindən Rusiyanın Buk qurğusundan vurulan Malayziya Hava Yollarına məxsus MH17 reysi qəzasının episentrində olan bir ailənin hekayəsindən bəhs edir. İrka və Tolik ilk övladlarını gözləyirlər və vurulan "Boinq"in dağıntılarından sonra belə təxliyə etmək istəmirlər.

Marina Er Horbaxın filmi "Oskar 2023" üçün namizədlərin uzun siyahısına daxil edilib, lakin  bundan o yana gedə bilməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->