Xəbər lenti

Ölkə 18:08 04.12.2023

Masaj salonunu videoya çəkdi, mübahisə etdi, cərimə olundu

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanın qarşısında masaj salonunun işçisi ilə mübahisə edən şəxs saxlanılıb. 

Qayanrinfo-nun məlumatına görə, 1997-ci il Ağstafa rayon sakini Sabir Vəliyev (ad-soyad şərti) içkili halda sözügedən ünvanda yerləşən masaj salonunu telefonu ilə çəkib. Bu səbəbdən salonun əməkdaşı onunla mübahisə edib. 

Hadisə yerinə polis əməkdaşları Sabir Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib olunub. 

Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, 200 manat məbləğində cərimə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->