Xəbər lenti

Dünya 16:53 04.10.2023

Maykl Cordan 400 ən zəngin amerikalının reytinqində ilk peşəkar idmançı oldu

Əfsanəvi basketbolçu Maykl Cordan Forbes 400-ün ən zəngin amerikalılar siyahısında ilk peşəkar idmançı oldu. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın saytında məlumat verilir

NBA-nın "Charlotte Hornets” klubunun nəzarət səhm paketini satdıqdan sonra Cordanın xalis sərvəti 3 milyard dollar olaraq qiymətləndirilir.

İndi o, Forbes 400 siyahısında 379-cu yerdədir.

Cordan avqustun əvvəlində "Charlotte Hornets” klubunun nəzarət səhm paketini Rik Şnell və Qeyd Plotkinin başçılıq etdiyi investor qrupuna satıb. ESPN sövdələşmənin təqribən 3 milyard dollar dəyərində olduğunu yazıb. 2010-cu ildə Cordan nəzarət paketini 275 milyon dollara alıb.

60 yaşlı Cordan 1 milyard dollardan çox qazanan üç idmançıdan biridir. Ondan başqa buna Lebron Ceyms və Tayqer Vuds da nail olublar. 

Cordan "Çikaqo” ilə altı qat NBA çempionu və iki qat Olimpiya çempionudur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->